Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokayev Putinə Ukrayna ilə danışıqlarda "İstanbul formulu"na qayıtmağı təklif edib
Tokayev Putinə Ukrayna ilə danışıqlarda "İstanbul formulu"na qayıtmağı təklif edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Ukraynadakı münaqişənin dondurulmasını və "İstanbul formulu 2.0"a qayıdılmasını təklif edib.

Bizimyol.info xəbər verir ki, Omsk şəhərində keçirilən görüşdə çıxış edən Tokayev bildirib ki, İstanbul danışıqları çərçivəsində mühüm nəticələr əldə olunmuşdu.

"Bəlkə də artıq bu münaqişəni dondurmağın və "İstanbul formulu 2.0"a qayıtmağın vaxtıdır. Çünki həmin danışıqlar zamanı əhəmiyyətli nəticələr əldə edilmişdi", – deyə Qazaxıstan prezidenti vurğulayıb.

Tokayevin sözlərinə görə, münaqişənin nizamlanması istiqamətində əvvəlki danışıqlarda formalaşmış əsaslardan yenidən istifadə edilməsi sülh prosesinin bərpasına töhfə verə bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »