Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikalı general: Rusiya Ukraynada 4 min tank itirsə də, onların hamısını bərpa edib
Amerikalı general: Rusiya Ukraynada 4 min tank itirsə də, onların hamısını bərpa edib

Rusiyanın Ukraynaya qarşı müharibəsi NATO-nu müdafiə strategiyasını yenidən nəzərdən keçirməyə məcbur edib. Alyans üçün əsas çağırışlardan biri iri həcmdə silah istehsal etmək qabiliyyətinin bərpasıdır.

Bizimyol.info xəbər verir ki, bu fikirləri NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin sabiq Ali Baş Komandanı, ABŞ generalı Kristofer Kavoli "Boots on the Ground" podkastına müsahibəsində səsləndirib.

General bildirib ki, Ukraynaya göstərilən hərbi yardım NATO ölkələrinin silah ehtiyatlarının gözləniləndən daha sürətlə tükəndiyini və Qərbin müdafiə-sənaye bazasının bu itkiləri operativ şəkildə kompensasiya edə bilmədiyini üzə çıxarıb.

Kavolinin sözlərinə görə, Ukraynadakı müharibənin əsas dərslərindən biri döyüş əməliyyatlarının misli görünməmiş miqyasıdır.

"Rusiya bu müharibədə 4 mindən çox əsas döyüş tankı itirib. Müqayisə üçün, Böyük Britaniyanın təxminən 200, Fransanın 220, Kanadanın isə 74 tankı var. Rusiya bir neçə böyük müttəfiqin ümumi tank parkından daha çox texnika itirsə də, bu itkiləri bərpa etməyə nail olub", – deyə o bildirib.

General hesab edir ki, müasir müharibənin miqyası İkinci Dünya müharibəsi ilə müqayisə oluna bilər. Onun fikrincə, həmin dövrdə qələbəni təmin edən əsas amillərdən biri müttəfiqlərin güclü sənaye potensialı idi.

Kavoli vurğulayıb ki, yaxın illərdə NATO üçün əsas prioritetlərdən biri kütləvi silah istehsalını bərpa etmək və Ukraynanın tətbiq etdiyi sürətli innovasiya modelindən faydalanmaq olacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »