Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tətildə olan Paşinyan Makronla telefonla danışıb
Tətildə olan Paşinyan Makronla telefonla danışıb

Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda məzuniyyətdə olsa da, Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Danışıq zamanı Ermənistan-Fransa münasibətlərinin gündəliyi müzakirə olunub. Tərəflər ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

Nikol Paşinyan ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinin, xüsusilə də Ermənistan məhsullarının Avropa İttifaqına ixrac imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə həmçinin Ermənistan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdirilməsi, eləcə də bir sıra beynəlxalq məsələlər müzakirə olunub.

Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesinə də toxunaraq, sabit və uzunmüddətli sülhün əldə edilməsinin vacibliyini qeyd ediblər.

Fransa Prezidenti Emmanuel Makron parlament seçkilərində qələbəsi münasibətilə Nikol Paşinyanı bir daha təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »