Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Merz Almaniyanın nəqliyyat nazirini istefaya göndərmək istəyir
Merz Almaniyanın nəqliyyat nazirini istefaya göndərmək istəyir

Almaniya kansleri Fridrix Merz nəqliyyat naziri Patrik Şnideri vəzifədən azad etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, "Bild" qəzetinin məlumatına görə, buna səbəb Merzin nazirin fəaliyyətindən, xüsusilə dəmir yolu və infrastruktur sahəsində irəliləyişin olmamasından narazı qalmasıdır.

Mənbələr bildirir ki, milyardlarla avroluq büdcəyə baxmayaraq, nəqliyyat nazirliyi Almaniyanın infrastruktur problemlərini həll edə bilməyib. Həmçinin "Deutsche Bahn" dəmir yolu şirkətinin vəziyyətində gözlənilən yaxşılaşma baş verməyib.

Qəzet yazır ki, Merz üçün nəqliyyat nazirliyi hökumətin iqtisadi modernləşmə planları fonunda ciddi siyasi yükə çevrilib.

Almaniya hökumətində son günlər digər kadr dəyişiklikləri də gündəmə gəlib. Bildirilir ki, səhiyyə naziri Nina Varken kanslerin idarəsinə rəhbərlik edə bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »