Astronomlar Günəş sistemindən kənardakı göy cisimləri kateqoriyalarına dair mövcud təsəvvürləri yenidən nəzərdən keçirməyə səbəb ola biləcək qeyri-adi obyekt aşkar ediblər. CD-35 2722 sistemində müəyyən edilən bu cisim birbaşa nə ulduzun, nə də planetin ətrafında fırlanır.
Bizimyol.info xəbər verir ki, Avropa Cənub Rəsədxanasının (ESO) Çilidə yerləşən Çox Böyük Teleskopu vasitəsilə aparılan araşdırmalara görə alimlər hələlik bu obyekti "ekzoplanet" adlandırıblar.
Günəş ətrafında hərəkət edən və "qəhvəyi cırtdan" kimi tanınan cismin orbitində yerləşən bu obyekt mövcud astronomik anlayışlara yeni suallar yaradır. Qəhvəyi cırtdanlar ulduz olmaq üçün kifayət qədər böyük olmayan, lakin planet sayılmaq üçün çox böyük olan göy cisimləri hesab edilir.
Tədqiqat müəlliflərindən Kevin Hoy sistemin quruluşunu belə izah edib: "Bu göy cismi planet olacaq qədər böyükdür, lakin birbaşa ulduzun ətrafında fırlanmır. O, ulduzun ətrafında hərəkət edən başqa bir cismin ətrafında dövr edir. Sistemdə üçüncü halqa olduğu üçün onu peyk adlandırmaq istəyirik, amma bildiyimiz qayalı peyklərə heç bənzəmir".
Araşdırmada iştirak edən astrofizik Alis Zurlo isə bildirib ki, Günəş sistemində planetlər, ulduzlar və peyklər arasındakı sərhədlər aydın olsa da, bu sistemdə həmin anlayışlar bir-birinə qarışır.
Astronomlar bu günədək 6 mindən çox ekzoplanet aşkar ediblər, lakin Günəş sistemindən kənarda mövcudluğu təsdiqlənmiş heç bir peyk müəyyən edilməyib.
Əgər CD-35 2722 sistemindəki bu kəşf təsdiqlənərsə, o, Günəş sistemindən kənarda aşkar edilən ilk peyk kimi tarixə düşəcək.
Bizimyol.info






