Qırğızıstanın Çolpon-Ata şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclası öz işinə başlayıb.
Bizimyol.info xəbər verir ki, iclası Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev açıb.
Nazir bildirib ki, bu toplantı ənənəvi olaraq ŞƏT-ə üzv dövlətlərin başçılarının sammitinə hazırlığın yekun mərhələsi hesab olunur.
Onun sözlərinə görə, gündəliyə geniş spektrli aktual məsələlər daxildir və iştirakçılar dövlət başçılarının müzakirəsinə təqdim ediləcək sənəd layihələrini nəzərdən keçirərək təsdiqləməlidirlər.
Jeenbek Kulubayev həmçinin Qırğızıstanın ŞƏT-ə sədrliyi dövründə göstərilən dəstəyə görə təşkilata üzv ölkələrə təşəkkür edib.
"Ümid edirik ki, bugünkü işimiz məhsuldar və səmərəli olacaq", – deyə Qırğızıstanın xarici işlər naziri vurğulayıb.
Bizimyol.info






