ABŞ-ın yeni gömrük rüsumları tətbiq etməsi Brüssel üçün "xoşagəlməz sürpriz" olub və Avropa İttifaqı (Aİ) bu qərarla bağlı Vaşinqtondan izahat tələb edəcək.
Bizimyol.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib
ABŞ daha əvvəl məcburi əməklə mübarizə bəhanəsi ilə ticarət tərəfdaşlarına qarşı 10–12,5 faiz həcmində yeni gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb. Məhdudiyyətlər 60 ölkəni, o cümlədən Avropa İttifaqına üzv dövlətləri əhatə edir.
Yeni tariflər fevralın 24-də qüvvəyə minmiş və 150 gün müddətinə nəzərdə tutulmuş müvəqqəti qlobal idxal rüsumlarını əvəz edəcək.
Kaya Kallas mətbuata bildirib ki, Aİ ilə ABŞ arasında razılaşma mövcud idi və Brüssel həmin razılaşmaya əməl edib. "Bizim Amerika ilə razılaşmamız var idi və biz ona sadiq qaldıq. Bu razılaşmanın pozulması bizim üçün xoşagəlməz sürpriz oldu", – deyə o vurğulayıb.
Kallas yeni məhdudiyyətlərin əsassız olduğunu da qeyd edib. Onun sözlərinə görə, Avropa ölkələrində əmək qanunvericiliyi ABŞ-la müqayisədə daha yüksək standartlara cavab verir. "Bizdə ödənişli məzuniyyət və çox yaxşı əmək şəraiti mövcuddur", – deyə Aİ-nin baş diplomatı bildirib.
Yeni gömrük rüsumları ABŞ-ın Şərq sahili vaxtı ilə iyulun 24-ü saat 00:01-dən qüvvəyə minib. Həmin anda daşınma prosesində olan mallar üçün isə yeni tariflərin tətbiqi iyulun 28-dək təxirə salınıb.
Bizimyol.info






