Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ-ın atəşkəs təklifini rədd edib, raket zərbəsi ilə hədələyib
İran ABŞ-ın atəşkəs təklifini rədd edib, raket zərbəsi ilə hədələyib

Vaşinqton və Tehran arasında münaqişənin nizamlanması istiqamətində aparılan diplomatik səylər İran rəhbərliyinin atəşkəs təklifini rəsmən rədd etməsindən sonra dalana dirənib.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrailin 14-cü kanalı məlumat yayıb.

Məlumata görə, ABŞ-ın təşəbbüsü Vaşinqtona səfərindən sonra Tehrana gələn İraqın Baş naziri Əli əz-Zaidi tərəfindən İran tərəfinə çatdırılıb. İraq nümayəndə heyəti səfər zamanı Prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi də daxil olmaqla ölkənin yüksək vəzifəli rəsmiləri ilə görüşüb.

Mənbələrin bildirdiyinə görə, Tehran Hörmüz boğazına nəzarət məsələsini həll etməyən müvəqqəti razılaşmada maraqlı olmadığını göstərib. İranın xarici işlər naziri Abbas Əraqçi danışıqları əhəmiyyətli adlandırsa da, problemin məlumat çatışmazlığında deyil, ABŞ-ın "məntiqsiz" yanaşmasında olduğunu bildirib.

İran mənbələri ölkənin hərbi əməliyyatların genişlənməsi ehtimalına hazırlaşdığını da iddia edirlər. Bildirilir ki, Vaşinqton İranın həyati əhəmiyyətli infrastrukturuna zərbələri davam etdirəcəyi təqdirdə, Tehran Təl-Əvivə raket zərbəsi endirəcəyi ilə hədələyib.

Məlumata əsasən, tərəflər husilərin Bab əl-Məndəb boğazını bağlaması ehtimalını da müzakirə ediblər.

Bu fonda İsrail yüksək hazırlıq vəziyyətinə gətirilib. Knessetin deputatı Moşe Saada ölkəsinin "İrana zərbə endirmək həddinə çatdığını" bildirib və eskalasiyanın artıq qarşıdakı həftəsonu baş verə biləcəyini istisna etməyib.

İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik məsələləri üzrə Nazirlər Kabinetinin təcili iclasını keçirməyi planlaşdırır. İsrail Müdafiə Qüvvələrinin isə vəziyyətin inkişafını izləyərək müxtəlif ssenarilərə hazırlığı davam etdirdiyi bildirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »