Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naməlum qadına telefonunu verən kriptoinvestor 14 min dollar itirib
Naməlum qadına telefonunu verən kriptoinvestor 14 min dollar itirib

İndoneziyanın Bali adasında kriptovalyuta oğurluğu ilə bağlı diqqətçəkən hadisə baş verib. Kriptoinvestor sosial şəbəkələrdə bir qızın hesablarını izləmək üçün kilidi açılmış mobil telefonunu ona verib.

Bizimyol.info xəbər verir ki, telefon cəmi bir neçə saniyə naməlum şəxsin əlində qaldıqdan sonra investora məxsus elektron pul kisəsindən vəsait çıxarılıb.

Bali Discovery nəşrinin məlumatına görə, dələduz qısa müddət ərzində SOL kriptovalyutası ilə 14 min dolları başqa ünvana köçürməyə nail olub.

Hadisə rəqəmsal aktiv sahibləri üçün kibertəhlükəsizlik qaydalarına ciddi əməl etməyin vacibliyini bir daha gündəmə gətirib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, ictimai yerlərdə kilidi açılmış mobil telefonun üçüncü şəxslərə verilməsi şəxsi məlumatların və maliyyə tətbiqlərinə çıxışın ani şəkildə itirilməsi riski yaradır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »