Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail ordusu İordan çayının Qərb sahilində üç yaraqlını öldürüb
İsrail ordusu İordan çayının Qərb sahilində üç yaraqlını öldürüb

İsrail Müdafiə Qüvvələri (İMQ) əvvəllər İordan çayının Qərb sahilində hərbçi və mülki şəxslərə hücum edən üç yaraqlını öldürüb.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bu gün İtamar qəsəbəsi yaxınlığında yanğın söndürülərkən iki terrorçu bir İsrail mülki vətəndaşına hücum edərək bıçaq xəsarətləri yetirib. Daha bir terrorçu Qanim ərazisində İMQ hərbçisini bıçaqla yaralayıb", - bəyanatda qeyd olunub.

Mülki şəxs və hərbçinin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Daha sonra əməliyyat zamanı İsrail hərbçiləri üç yaraqlını zərərsizləşdirib.

"İMQ antiterror əməliyyatlarını keçirməyə və bütün "Yəhudeya və Samariya" (İordan çayının Qərb sahili - red.) ərazisində sakinlərin müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görməyə davam edəcək", - qurumdan vurğulanıb.

Son xəbərlər
Bütün xəbərlər »