Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranla müharibə Trampla Netanyahu arasında soyuqluq yaradıb
İranla müharibə Trampla Netanyahu arasında soyuqluq yaradıb

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat Vaşinqtonla Təl-Əviv arasında, xüsusilə də ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasındakı münasibətlərdə gərginliyi artırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti ABŞ administrasiyasındakı adı açıqlanmayan yüksək vəzifəli rəsmilərə istinadən məlumat verib.

Nəşrin yazdığına görə, münaqişənin başlanmasından sonra Tramp Netanyahu ilə bağlı narazılığını dəfələrlə ifadə edib. Bildirilir ki, o, bəzən köməkçilərinə İsrailin baş naziri ilə nə görüşmək, nə də danışmaq istədiyini deyib.

Bundan əvvəl ABŞ Prezidenti "Axios" portalına müsahibəsində bildirib ki, Netanyahu iyulun 28-də Vaşinqtonda keçiriləcək senator Lindsi Qremin dəfn mərasiminə gəlsə, onunla görüşməyə hazırdır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »