Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vensin səfərləri ilə bağlı sızma: Məxfi Xidmət əməkdaşı vəzifəsindən uzaqlaşdırıldı
Vensin səfərləri ilə bağlı sızma: Məxfi Xidmət əməkdaşı vəzifəsindən uzaqlaşdırıldı

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin mühafizəsini həyata keçirən Məxfi Xidmətin (Secret Service) əməkdaşlarından biri siyasətçinin səfərləri ilə bağlı məlumatları sızdırmaqda şübhəli bilindiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, vitse-prezidentin şəxsi səfərlərinin planlaşdırılması zamanı mühafizə resurslarından əsassız istifadə edilməsi ilə bağlı məlumatları yaydığı iddia olunan şəxsin kimliyi müəyyən edilib. Hazırda hadisə ilə bağlı Məxfi Xidmətin daxili araşdırmalar bölməsi təhqiqat aparır.

CNN-in həmsöhbətlərinin sözlərinə görə, araşdırmanın yekununda əməkdaş barəsində inzibati tədbirlərin görüləcəyi və ya cinayət işi açılacağı hələlik məlum deyil.

Bundan əvvəl "MS Now" telekanalı Məxfi Xidmət əməkdaşlarının vitse-prezidentin ailəsinin təhlükəsizliyi üçün ayrılan dövlət resurslarından istifadəsi ilə bağlı narazılığını əks etdirən material yayımlamışdı.

Mənbələrin bildirdiyinə görə, son narazılıq Vensin kiçik oğlunu qolf məşqinə aparmaq üçün hərbi helikopterdən istifadə etməsi ilə bağlı olub. Mühafizə xidmətinin bəzi əməkdaşları hesab edirlər ki, Ceyms Devid Vens əvvəlki vitse-prezidentlərlə müqayisədə dövlət resurslarından qeyri-münasib şəkildə istifadə edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »