ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İran Vaşinqtonla razılaşmaya getməyənə qədər ölkənin üzləşdiyi itkilər hər keçən gün daha da artacaq.
Bizimyol.info xəbər verir ki, Rubio bu barədə Filippinin paytaxtı Manilada ASEAN çərçivəsində keçirilən nazirlər toplantısı zamanı təşkil olunan mətbuat konfransında danışıb.
“Hazırda görünən odur ki, onlar razılaşmaya hazır deyillər. Buna görə də bunun əvəzini ödəməyə davam edəcəklər və hər gecə bu qarşılıq daha da ağırlaşacaq. Ola bilsin ki, bir neçə gün sonra razılaşmaya hazır olsunlar”, – deyə ABŞ dövlət katibi bildirib.
Rubio əlavə edib ki, Vaşinqton İranın mövqeyini dəyişəcəyinə ümid edir və tərəflər arasında mümkün razılaşmanın yaxın günlərdə əldə oluna biləcəyini istisna etməyib.
Bizimyol.info






