Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırdı
Aİ səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırdı

Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə siyasi razılığa gəliblər.

Bizimyol.info xəbər verir ki, paket Rusiya nefti üçün tətbiq edilən qiymət tavanı mexanizminin 12 ay müddətinə dondurulmasını, həmçinin Rusiya mənşəli mayeləşdirilmiş təbii qazın (LNG) üçüncü ölkələrə tranzitinə verilən istisnanın bir il uzadılmasını və onun avtomatik yenilənməsini nəzərdə tutur.

Diplomatlardan birinin sözlərinə görə, üzv dövlətlər bu məsələdə Yunanıstanın mövqeyini nəzərə alaraq həmrəylik nümayiş etdiriblər və gələcəkdə Afinanın da digər üzvləri dəstəkləyəcəyi gözlənilir.

Hazırda sanksiyalar paketi üzrə texniki işlər tamamlanır. Bundan sonra sənədin iyulun 23-də yazılı prosedur vasitəsilə rəsmən təsdiqlənməsi planlaşdırılır.

Xatırladaq ki, Avropa Komissiyası iyun ayında Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təqdim etmişdi. Paket əsasən Rusiyanın neft sektoruna yönəlib və gəmi, hava limanları, neft emalı zavodları kimi infrastruktur obyektlərinə qarşı məhdudiyyətləri əhatə edir. İyul ayında isə Yunanıstan öz dəniz daşımaları sektorunun maraqlarını qorumaq məqsədilə bəzi təkliflərə etiraz etmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »