Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ailə institutunda böhran dərinləşir: Son 15 ildə nikahların sayı 2,5 dəfə azalıb
Ailə institutunda böhran dərinləşir: Son 15 ildə nikahların sayı 2,5 dəfə azalıb

Nikahların sayının kəskin azalması, boşanmaların bu qədər yayılması barədə müxtəlif versiyalar səsləndirilir. Ağlabatan amillər qeyd olunur. Gender bərabərliyinin, şüurlu seçimin, maariflənmənin, köhnəlmiş stereotiplərin rolu fərqləndirilir. Bunlar bir az da “zərərsiz” arqumentlər kimi görünür. Sanki ailə institutu daha ağır böhranla üz-üzə qalıb.

Bizimyol.info xəbər verir ki, nikahların sayındakı azalma tendensiyası davam edir. Azərbaycanda ilin ilk beş ayı ərzində cəmi 15 min 107 nikah qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən evlilik aktı 3,6-ya düşüb. Məsələn, keçən ilin eyni dövründə göstərici 4,7 olub.

Boşanmaların sürətində ciddi fərq yoxdur. Yəni kəskin azalmalardan sonra müəyyən sabitlik var. İlin yanvar-may ayları ərzində 8 min 87 boşanma olub. Keçən ilin eyni dövründə hətta azacıq yüksək göstərici rəsmiləşmidi.

İctimaiyyət haqlı olaraq nikahların sayının bu qədər azalmasını ailə institutunun sarsılması kimi qəbul edir. Əks arqument kimi göstərilə bilər ki, Qərb dövlətlərində də evliliyə meyilli deyillər. Amma Azərbaycanda səbəblərin iqtisadi və sosial yüklü olduğunu bilirik. Sorğularda əsasən gənclərin məhz maddi sıxıntılara görə evliliyin yubanması haqqında danışdığını eşitmişik. Valideynlər də bu fikri bölüşür. Üstəlik, ölkədən gedən gənclərin sayı olduqca çoxdur.

Əvvəlki illərlə müqayisə edəndə mənzərə daha aydın görünür. Son 15 ildə 2,5 dəfə azalma var. İndi ayda təxminən 3 min nikah rəsmiləşir. 2011-ci ildə göstərici 735 olub. Həmin il ümumilikdə 88 min 145 cütlüyün evlilik qeydiyyatı həyata keçirilib.

İndi gələcəyi proqnozlaşdırmaq asan deyil. Gənclərlə bağlı xüsusi proqramlar nəzərə çarpmadığından, nikbin fikirlər yazmaq yersizdir. Bircə böhranın bundan da çox dərinləşməməsini arzu etmək qalır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »