Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı razılaşdırılan 21-ci sanksiyalar paketinin Moskvanın müharibəni davam etdirmək imkanlarını daha da zəiflədəcəyini bildirib.
Bizimyol.info xəbər verir ki, Kallasın sözlərinə görə, yeni məhdudiyyətlər Rusiyanın maliyyə və enerji sektorlarını, eləcə də müharibənin maliyyələşdirilməsində istifadə olunan şəbəkələri hədəfə alır. O vurğulayıb ki, hər yeni sanksiya paketi Kremlin hərbi potensialını addım-addım zəiflədir.
Aİ səfirləri iyulun 23-də 21-ci sanksiyalar paketi üzrə siyasi razılığa gəliblər. Paketə Rusiyanın bank sektoruna qarşı yeni məhdudiyyətlər, "kölgə donanması" ilə əlaqəli gəmilərə qarşı tədbirlər, kriptovalyuta platformalarına əlavə məhdudiyyətlər və Rusiya neftinə tətbiq olunan qiymət tavanı mexanizminin daha 12 ay qüvvədə saxlanılması daxildir.
Sənədin texniki prosedurlar tamamlandıqdan sonra rəsmi şəkildə təsdiqlənməsi gözlənilir.
Qadir, Bizimyol.info






