Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Livan Prezidenti “Hizbullah”ın tərksilah olunmasının şərtini açıqlayıb
Livan Prezidenti “Hizbullah”ın tərksilah olunmasının şərtini açıqlayıb

Livan Prezidenti Cozef Aun bildirib ki, “Hizbullah” qruplaşmasının silahlarını təhvil verməsi yalnız İsrail qoşunlarının ölkənin cənubundan tam çıxarılmasından sonra mümkün ola bilər.

Bizimyol.info xəbər verir ki, prezidentin dəftərxanasının yaydığı məlumata görə, Aun bu barədə ABŞ Konqresinin üzvləri və Prezident Donald Tramp administrasiyasının nümayəndələri ilə görüşləri zamanı danışıb.

Aunun sözlərinə görə, Livan təhlükəsizlik və milli birliyə yalnız “bütün livanlıları müdafiə edən vahid orduya malik vahid dövlət” kimi nail ola bilər. O vurğulayıb ki, “Hizbullah”ın tərksilah olunması məsələsi birbaşa İsrailin hərbi mövcudluğunun dayandırılması və ölkənin cənub bölgələrinə tam nəzarətin Livan ordusuna verilməsi ilə bağlıdır.

Vaşinqtona səfəri çərçivəsində Aun ABŞ Prezidenti Donald Trampdan İsrail-Livan razılaşması əsasında ölkənin cənubunda yerləşdirilməyə başlayan Livan silahlı qüvvələrinə siyasi və hərbi dəstəyin davam etdirilməsini xahiş edib.

İsrail rəsmiləri daha əvvəl Livan ordusunun “Hizbullah”ı müstəqil şəkildə tərksilah edə biləcəyinə şübhə etdiklərini bildiriblər. İsrail tərəfi İran tərəfindən dəstəklənən qruplaşmanın sərhədə yaxınlaşmasının qarşısını almaq üçün hərbi mövcudluğun saxlanılmasının vacib olduğunu qeyd edib.

Tramp isə Aunla görüş zamanı ABŞ-ın “Hizbullah”ın tərksilahına yardım edib-etməyəcəyi barədə suala cavab verməyib və məsələni qapalı formatda müzakirə edəcəyini bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »