Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistan və Rusiya XİN rəhbərləri ikitərəfli əlaqələri və Ukraynadakı vəziyyəti müzakirə ediblər
Hindistan və Rusiya XİN rəhbərləri ikitərəfli əlaqələri və Ukraynadakı vəziyyəti müzakirə ediblər

Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Rusiya xarici işlər naziri Sergey Lavrovla iki ölkə arasındakı münasibətləri və beynəlxalq gündəmdəki məsələləri müzakirə etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, verilən məlumata görə, görüş Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) tədbirləri çərçivəsində Filippinin paytaxtı Manilada keçirilib.

Cayşankar "X" sosial şəbəkəsində yazıb ki, görüş zamanı Rusiya-Hindistan tərəfdaşlığının müxtəlif istiqamətləri, o cümlədən ticarət, investisiya, enerji sahəsində əməkdaşlıq, nəqliyyat əlaqələri, elm və texnologiya, eləcə də insanlararası əlaqələr müzakirə olunub.

Tərəflər həmçinin Ukraynadakı vəziyyət və Fars körfəzi regionundakı proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

Hindistan və Rusiya uzun illərdir strateji tərəfdaşlıq münasibətlərini qoruyur. Dehli eyni zamanda Ukrayna münaqişəsi ilə bağlı neytral mövqe nümayiş etdirərək, diplomatik həll yollarının vacibliyini vurğulayır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »