İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İordaniyada yerləşən hərbi bazasına raket zərbəsi endirdiyini və hücum nəticəsində hava hücumundan müdafiə (HHM) sisteminin radarının, eləcə də anqarda yerləşən bir ədəd "F-15" qırıcı təyyarəsinin məhv edildiyini iddia edib.
Bizimyol.info xəbər verir ki, SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, əməliyyat İranın Aerokosmik Qüvvələri tərəfindən həyata keçirilib.
Açıqlamada deyilir ki, raket zərbəsi nəticəsində ABŞ hərbi bazasında yerləşən bir HHM radar sistemi və anqarda saxlanılan "F-15" döyüş təyyarəsi sıradan çıxarılıb.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və İordaniya rəsmiləri isə hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyiblər. Bu səbəbdən İranın irəli sürdüyü iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Hadisə İran və ABŞ arasında davam edən hərbi gərginlik fonunda baş verib. Son günlər tərəflər bir-birinin hərbi obyektlərinə qarşı zərbələr endirdiklərini açıqlayır ki, bu da Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin daha da gərginləşməsi ilə bağlı narahatlıqları artırır.
Bizimyol.info






