Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan iddialar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nəzarətinə götürülüb.
Bu barədə Səhiyyə Nazirliyi məlumat verib.
Bildirilib ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları da məlumatlandırılıb.
“Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, klinikada ölü doğulan körpənin zirzəmiyə atıldığı iddia edilib. Yayılan videoda körpənin atası iddia edib ki, həyat yoldaşının təzyiqi qalxıb, amma ona lazımi müdaxilə edilməyib: “İynə vurmadılar, hələ yığılıb ad günü keçirirdilər”.






