Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya hökuməti elektrik ödənişlərinə tətbiq edilən ƏDV-ni ləğv edir
Britaniya hökuməti elektrik ödənişlərinə tətbiq edilən ƏDV-ni ləğv edir

Böyük Britaniya hökuməti oktyabrın 1-dən etibarən ev təsərrüfatlarının elektrik enerjisi ödənişlərinə tətbiq olunan əlavə dəyər vergisini (ƏDV) ləğv edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş nazir Endi Börnemin ofisi məlumat yayıb.

Bildirilir ki, qərar əvvəlki hökumətin 1,8 milyard funt sterlinq dəyərində qiymətləndirilən rəqəmsal şəxsiyyət vəsiqələri layihəsindən imtina hesabına maliyyələşdiriləcək.

Hökumətin hesablamalarına əsasən, yeni tədbir hər bir ev təsərrüfatına ildə orta hesabla 45 funt sterlinq (təxminən 60 ABŞ dolları) qənaət etməyə imkan verəcək. Hazırda elektrik enerjisi ödənişlərinə 5 faiz ƏDV tətbiq olunur.

Baş nazirin ofisi qeyd edib ki, verginin ləğvi Böyük Britaniyada inflyasiyanı təxminən 0,1 faiz bəndi azalda bilər. Bu qərar Endi Börnemin rəhbərlik etdiyi yeni hökumətin iqtisadiyyat sahəsində qəbul etdiyi ilk mühüm addım hesab olunur.

Endi Börnem iyulun 20-də Böyük Britaniyanın baş naziri vəzifəsinə başlayıb. O, hakim Leyboristlər Partiyasının may ayında keçirilən yerli seçkilərdə məğlubiyyətindən sonra partiya daxilində artan təzyiqlər fonunda istefa verən Kir Starmeri əvəz edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »