Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İrana qarşı növbəti zərbələr dalğasını başa çatdırdığını açıqlayıb
ABŞ İrana qarşı növbəti zərbələr dalğasını başa çatdırdığını açıqlayıb

ABŞ Silahlı Qüvvələri İrana qarşı həyata keçirilən növbəti hərbi əməliyyat mərhələsini başa çatdırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində yaydığı rəsmi məlumatda bildirib.

Məlumata görə, əməliyyat çərçivəsində İranın müxtəlif hərbi obyektlərinə yüksək dəqiqlikli zərbələr endirilib. Mərkəzi Komandanlığın açıqlamasında bildirilir ki, ABŞ qüvvələri İranın komanda-idarəetmə mərkəzlərini, Hərbi Dəniz Qüvvələrinə məxsus infrastruktur və vasitələri, raket, həmçinin pilotsuz uçuş aparatlarının buraxılış meydançalarını, eləcə də hava hücumundan müdafiə (HHM) sistemlərini hədəfə alıb.

ABŞ hərbi komandanlığı əməliyyatın məqsədi və nəticələri ilə bağlı əlavə təfərrüat açıqlamayıb. Hədəflərin dəqiq yerləşdiyi ərazilər, əməliyyatda hansı silah sistemlərindən istifadə olunduğu, eləcə də zərbələrin vurduğu ziyan və mümkün itkilər barədə rəsmi məlumat verilməyib.

İran tərəfi də hələlik ABŞ-ın açıqlamasına münasibət bildirməyib və zərbələrin nəticələri ilə bağlı rəsmi bəyanat yaymayıb.

Son hücumlar Vaşinqton və Tehran arasında gərginliyin daha da artdığı bir vaxta təsadüf edir. Son aylarda tərəflər arasında qarşılıqlı hərbi əməliyyatlar və sərt bəyanatlar intensivləşib. Analitiklərin fikrincə, ABŞ-ın son zərbələri regiondakı təhlükəsizlik vəziyyətinə və Yaxın Şərqdəki geosiyasi balansın dəyişməsinə təsir göstərə bilər.

Hazırda hadisənin bütün təfərrüatları dəqiqləşdirilir. Rəsmi qurumlardan yeni açıqlamaların veriləcəyi gözlənilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »