Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Müstəqillik Günü öncəsi 6 minə yaxın əfv müraciətini rədd edib
Tramp Müstəqillik Günü öncəsi 6 minə yaxın əfv müraciətini rədd edib

ABŞ Prezidenti Donald Tramp ölkənin 250 illik müstəqillik yubileyi ərəfəsində 6 minə yaxın əfv müraciətini rədd edib, 20-dən az məhbusu isə əfv edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Qəzetin yazdığına görə, Tramp bəzi tərəfdaşları üçün növbədənkənar şəkildə cəzaların yüngülləşdirilməsi və ya tam əfv qərarları verib. Əfv olunanlar arasında Respublikaçılar Partiyasına ianə verən və dələduzluğa görə məhkum edilmiş şəxs, eləcə də hava mühafizəsi qanunlarını pozan şəxslər də olub.

Daha əvvəl "The Wall Street Journal" mənbələrə istinadən yazmışdı ki, ABŞ administrasiyası ölkənin yaranmasının 250 illiyi münasibətilə təxminən 250 nəfərin əfv olunması imkanını nəzərdən keçirib.

Qəzetin məlumatına görə, Tramp ikinci prezidentlik müddəti ərzində artıq təxminən 1600 nəfəri əfv edib. Bu göstəricinin ABŞ tarixində digər prezidentlərin dövrü ilə müqayisədə yüksək olduğu qeyd olunur.

Əfv olunanlar arasında Trampın siyasi müttəfiqləri, donorları və 6 yanvar 2021-ci ildə Kapitoli binasına hücumla bağlı işlərdə adı keçən şəxslərin də olduğu bildirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »