Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DÇ-2026 finalına rekord maraq: Bilet qiymətləri 30 min dollara çatıb
DÇ-2026 finalına rekord maraq: Bilet qiymətləri 30 min dollara çatıb

2026-cı il futbol üzrə dünya çempionatının İspaniya – Argentina finalı təkcə idman deyil, həm də iqtisadi baxımdan turnirin ən diqqətçəkən hadisəsinə çevrilib. ABŞ-ın Nyu-Cersi ştatındakı MetLife Stadiumda keçiriləcək həlledici oyunun biletləri rekord qiymətlərə satılır.

Bizimyol.info xəbər verir ki, FIFA-nın rəsmi satış mərhələsində qrup oyunlarının biletləri 60 dollardan başlayırdı. Final üçün standart biletlərin qiyməti isə 2 000–10 990 dollar arasında dəyişib. VIP və "hospitality" paketlərinin qiyməti 28 min dollara qədər yüksəlib.

Bununla yanaşı, ikinci əl bazarında qiymətlər daha da artıb. Finala az sayda biletin qalması və yüksək tələbat səbəbindən bəzi biletlər on minlərlə dollara təklif olunur. FIFA-nın tətbiq etdiyi dinamik qiymət sistemi (dynamic pricing) da qiymətlərin tələbata uyğun dəyişməsinə səbəb olub.

Azarkeşlər sosial şəbəkələrdə yaydıqları xəbərə görə, ABŞ Prezidenti Donald Trampın stadiona gələcəyi ilə başğlı məlumatlar biletlərin qiymətinə təsir edib. Lakin  Trampın oyunu stadiondan izləyəcəyi təsdiqlənsə də, onun iştirakının bilet qiymətlərinin artmasına birbaşa təsiri təşkilatçılar tərəfindən təsdiqlənməyib.

Trampın oyuna gəlməsi səbəbindən final "Milli Xüsusi Təhlükəsizlik Tədbiri" statusu alıb. ABŞ Məxfi Xidməti stadiona gələn bütün azarkeşləri və əməkdaşları fərdi şəkildə yoxlayır. Bu isə girişlərdə saatlarla davam edən növbələrə və ciddi gecikmələrə səbəb olub.

Ekspertlər hesab edirlər ki, final biletlərinin rekord həddə bahalaşmasının əsas səbəbi Trampın iştirakı deyil. Qiymət artımını daha çox aşağıdakı amillər şərtləndirib:

  • İspaniya və Argentinanın finala yüksəlməsi ilə yaranan yüksək azarkeş tələbatı;
  • FIFA-nın ilk dəfə tətbiq etdiyi dinamik qiymət sistemi;
  • Təkrar satış bazarında spekulyativ qiymət artımı;
  • Final üçün biletlərin sayının məhdud olması.

Bununla belə, Donald Trampın iştirakı səbəbindən təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi, stadion ətrafında logistikanın çətinləşməsi və giriş prosedurlarının uzanması azarkeşlər üçün əlavə narahatlıq yaradıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »