Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: Sokolov gələcəkdə Tramp ailəsi ilə ortaq biznes qura bilər
Politoloq: Sokolov gələcəkdə Tramp ailəsi ilə ortaq biznes qura bilər

ABŞ-ın TRIPP layihəsi çərçivəsində yaradılan investisiya fonduna rusiyaəsilli amerikalı investor Konstantin Sokolovun rəhbər təyin edilməsi regionda yeni müzakirələrə səbəb olub. Xüsusilə onun Ermənistan iqtisadiyyatındakı investisiyaları və Cənubi Qafqazda biznes maraqları bu təyinatı diqqət mərkəzinə gətirib. Bu fondun Zəngəzur marşrutu ilə bağlı layihələrdə maliyyə mexanizmlərindən biri kimi çıxış edəcəyi bildirilir.

  • Rusiya əsilli, lakin ABŞ-ı təmsil edən investorun belə strateji layihəyə rəhbər təyin edilməsi hansı geosiyasi mesajları verir və bu təyinat regionda maraqlar balansına necə təsir göstərə bilər?

Politoloq İlqar Vəlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu şəxs Rusiya əsillidir.

“Amma səhv etmirəmsə, 21 yaşında Rusiyadan ABŞ-a köçüb və uzun illərdir Amerikada bizneslə məşğuldur. Son illərdə Donald Trampın siyasi kursuna, yəni MAGA hərəkatına maliyyə dəstəyi verib, Trampın seçkiqabağı kampaniyasında da iştirak edib. Yəni, tam olaraq ABŞ rəhbərliyinə loyal bir insan hesab oluna bilər”-deyə o bildirib.

Onun sözlərinə görə, həmin şəxsin uzun müddətdir Ermənistanda da biznesi və biznes maraqları var. Bütün bu amillər göstərir ki, hazırkı mərhələdə o, kifayət qədər əlverişli fiqur kimi görünə bilər.

İlqar Vəlizadə bildirib ki, bununla bağlı müxtəlif mülahizələr də var. Həmin mülahizələrdən biri odur ki, Sokolov gələcəkdə Trampın ailə üzvləri ilə ortaq biznes qura bilər.

"Bu, təsdiqlənmiş informasiya deyil, yalnız ehtimallar səviyyəsində səslənən fikirlərdir. Amma belə mülahizələrin olması onu göstərir ki, burada maliyyə və ciddi biznes maraqları mövcuddur. Biz də bilirik ki, ABŞ-ın bu layihədə iştirak etməsinin əsas amillərindən biri məhz biznes maraqlarıdır", – deyə o vurğulayıb.

Politoloq hesab edir ki, bütün bu amilləri nəzərə aldıqda, hazırkı mərhələdə Sokolov ən münasib fiqurlardan biri kimi görünür.

Rusiyaya bağlılıq məsələsinə gəlincə isə ekspert bununla bağlı fərqli mövqedə olduğunu bildirib: "Mən düşünmürəm ki, burada Rusiyaya hansısa siyasi bağlılıq var. Amma istisna etmək olmaz ki, Ermənistanda işlədiyi dövrdə onun Rusiya şirkətləri və ya rusiyalı iş adamları ilə ortaq biznesi olub. Eyni zamanda, gələcəkdə TRIPP layihəsi və ya digər layihələr çərçivəsində Rusiya şirkətlərinin bu və ya digər formada prosesə qoşulmasına müəyyən köməklik göstərə bilər. Amma bütün bunların necə inkişaf edəcəyini yalnız zaman göstərəcək."

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »