Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Stavropol vilayətində PUA hücumundan sonra neft bazasında yanğın baş verib
Rusiyanın Stavropol vilayətində PUA hücumundan sonra neft bazasında yanğın baş verib

İyulun 19-na keçən gecə Rusiyanın Stavropol vilayətində pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində neft bazasında yanğın başlayıb.

Bizimyol.info xəbər verir ki, Rusiya Telegram kanallarının məlumatına görə, Mixaylovsk şəhərində yerləşən neft bazası son bir neçə həftə ərzində artıq üçüncü dəfə hücuma məruz qalıb. Hadisə şahidləri ərazi üzərində qalın tüstü sütununun göründüyü videolar da yayımlayıblar.

Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov PUA hücumunun baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, Şpakovski dairəsinin Vyazniki xutorunun sənaye zonasında iki yanğın ocağı qeydə alınıb.

Hadisə ilə əlaqədar yerli hakimiyyət orqanları bələdiyyə səviyyəsində fövqəladə vəziyyət rejimi tətbiq edib. Məlumatın yayımlandığı vaxt zərərçəkənlər və ya dəymiş ziyanın miqyası barədə açıqlama verilməyib.

Bundan əvvəl, iyulun əvvəlində Ukrayna qüvvələri Rusiyanın Stavropol vilayəti və Tver vilayətində yerləşən neft bazalarına uzaqmənzilli zərbələr endirmişdi. Ukrayna tərəfinin məlumatına görə, həmin obyektlər Rusiya hərbi infrastrukturunun təminatında istifadə olunurdu.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »