Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski üç general ilə görüşüb: əsas müzakirə mövzuları açıqlanıb
Zelenski üç general ilə görüşüb: əsas müzakirə mövzuları açıqlanıb

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin üç yüksək rütbəli hərbçisi – Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Mixail Drapatıy, Baş Qərargah rəisinin müavini Vladimir Qorbatyuk və Desant-Hücum Qoşunlarının komandanı Oleq Apostol ilə görüş keçirib.

Bizimyol.info xəbər verir ki, Zelenski görüş barədə “Telegram” kanalında məlumat verib. O bildirib ki, Drapatının məruzəsindən Sumı, Xarkov, Luqansk və Donetsk istiqamətlərində cəbhədəki vəziyyət barədə məlumat alıb.

Ukrayna lideri bölmələrin Rusiya ordusunun qarşıya qoyduğu məqsədlərə çatmasına imkan vermədiyini və effektiv fəaliyyət göstərdiyini qeyd edib.

Görüşlərdə əsas diqqət tərəfdaşlarla əldə olunan razılaşmaların icrası, Ukraynanın müdafiəsi üçün tədarüklərin davam etdirilməsi və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə yönəldilib.

Zelenskinin sözlərinə görə, prioritet məsələlərdən biri bütün növ dronların istehsalı üzrə müqavilələrin tam yerinə yetirilməsidir.

Tərəflər, həmçinin Aleksandrovka istiqamətində vəziyyəti və Ukrayna desant-hücum qüvvələrinin əməliyyatlarını müzakirə ediblər.

Prezident hərbi rəhbərliyin cəbhədəki vəziyyətlə bağlı obyektiv qiymətləndirməsini, bölmə və briqadaların əsas ehtiyaclarının təhlilini, eləcə də təchizat problemlərinin həlli ilə bağlı təklifləri dəyərləndirdiyini bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »