Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin Kiprə müdaxilə hüququndan heç vaxt imtina etməyəcəyik
Türkiyənin Kiprə müdaxilə hüququndan heç vaxt imtina etməyəcəyik

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu Türkiyənin Kiprə müdaxilə hüququnun Kipr türkləri üçün əvəzolunmaz olduğunu və bu hüquqdan heç vaxt imtina etməyəcəklərini bildirib.

Bizimyol.info xəbər verir ki, Anadolu Agentliyinə danışan nazir qeyd edib ki, Kipr problemi 1963-cü ildən başlayan yunan kiprlilərin hücumları və adadakı iki tərəfin siyasi bərabərliyinin pozulması nəticəsində yaranıb. Onun sözlərinə görə, 60 ildir aparılan danışıqlar məhz tərəflər arasında bərabərlik təmin olunmadığı üçün nəticə verməyib.

Ertuğruloğlu bildirib ki, BMT və Avropa İttifaqı yunan kiprli tərəfi "Kipr Respublikası" kimi tanımaqla səhvə yol veriblər və ŞKTC bu yanaşmanı qəbul etməyəcək.

Nazir həmçinin vurğulayıb ki, Böyük Britaniya və Yunanıstan zəmanətçi dövlət kimi öhdəliklərini yerinə yetirməyib, bu missiyanı yalnız Türkiyə icra edib.

O əlavə edib ki, 20 iyul 1974-cü il tarixli Kipr Sülh Hərəkatı problemin başlanğıcı deyil, əksinə, Kipr türklərinin soyqırımı təhlükəsindən xilas edilməsini təmin edən mühüm addım olub. Ertuğruloğlu Türkiyə ordusunun çəkindirici güc olduğunu bildirərək, hərəkat zamanı həlak olanları rəhmətlə, qaziləri isə minnətdarlıqla yad etdiklərini söyləyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »