Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran XİN rəhbəri Xameneinin öldürüldüyü hücumla bağlı məlumat ötürülməsini etiraf edib
İran XİN rəhbəri Xameneinin öldürüldüyü hücumla bağlı məlumat ötürülməsini etiraf edib

İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ali lideri Ayətullah Əli Xameneinin ölümü ilə nəticələnən hücumun arxasında ciddi kəşfiyyat məlumatının ötürülməsinin dayandığını bildirib.

Bizimyol.info xəbər verir ki, Əraqçinin sözlərinə görə, hücumun dəqiqliyi bu məlumat ötqrqlməsinin hələ də aradan qaldırılmadığını göstərir.

Nazir bildirib ki, müharibənin başladığı gün səhər saatlarında Xameneinin iqamətgahında olub. Onun sözlərinə görə, saat 08:00 radələrində İran prezidenti ilə görüşərək vəziyyətin “hərbi xarakter aldığını” xəbərdar edib.

Əraqçi qeyd edib ki, Xameneiyə məxfi məlumatlar adətən onun aparat rəhbəri Əli Əsgər Mir-Hicazi vasitəsilə çatdırılırdı. O, saat 09:00-da Mir-Hicazi ilə görüşərək danışıqlar barədə hesabat təqdim edib və gərginliyin kəskin artdığını bildirib. “Həmin anda obyekt hücuma məruz qaldı”, – deyə İran XİN rəhbəri bildirib.

Əraqçinin sözlərinə görə, Xameneinin iqamətgahındakı görüşlər adi xarakter daşıyıb, lakin qarşı tərəf onların dəqiq vaxtını və yerini bilib.

“Bu, görünür, hələ də davam edən kəşfiyyat məlumatlarının sızmasının nəticəsidir”, – deyə nazir bildirib.

İran hakimiyyəti hazırda məlumat sızmasının mənbəyini ölkə rəhbərliyi və təhlükəsizlik strukturlarının yüksək vəzifəli şəxsləri arasında araşdırır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »