ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı hazırlanmış sanksiyalar haqqında qanun layihəsinə İranın da daxil edilməsinin zəruri olduğunu bildirib.
Bizimyol.info xəbər verir ki, Tramp bu barədə özünün "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
“Respublikaçılar Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinə İranı da daxil etməlidirlər”, – deyə ABŞ prezidenti yazıb.
Tramp təşəbbüsün səbəbləri və ya qanun layihəsində İranla bağlı hansı məhdudiyyətlərin nəzərdə tutulduğuna dair əlavə açıqlama verməyib.
Bizimyol.info






