Fransanın şimalında yerləşən şəhərlərdən birində topuq nahiyəsindən əməliyyat olunmaq üçün xəstəxanaya müraciət edən gənc qızın səhvən ağıl dişlərinin çəkildiyi məlum olub.
Bizimyol.info xəbər verir ki, “La Voix du Nord” yerli qəzetinin verdiyi məlumata görə, hadisə ölkənin şimalındakı Pas-de-Kale bölgəsinin Sen-Martin-Bulon şəhərində yerləşən klinikalardan birində baş verib.
Əvvəlcədən planlaşdırılan topuq əməliyyatı üçün klinikaya gedən 17 yaşlı qıza səhv tibbi müdaxilə edilib. Topuğundan əməliyyat olunmaq üçün gözləyən gənc qızın əvəzinə ağıl dişləri çəkilib. Hadisə ailənin şikayətindən sonra ictimaiyyətə məlum olub.
Ağıl dişləri çəkilən qızın anası bildirib ki, əməliyyatı həyata keçirən həkim ona “Bağışlayın, tibbi səhvə yol verdik. Üzr istəyirik” deyib.
Baş verən hadisədən böyük sarsıntı keçirdiklərini deyən ana belə bir vəziyyətin yalnız filmlərdə ola biləcəyini düşündüyünü qeyd edib.
Bizimyol.info






