Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail kəşfiyyatı: Müctəba Xamenei İranı tərk edib
İsrail kəşfiyyatı: Müctəba Xamenei İranı tərk edib

İranda hakimiyyət daxilində dərin fikir ayrılıqları fonunda ölkədə genişmiqyaslı siyasi böhranın yaşandığı iddia olunur.

Bizimyol.info xəbər verir ki, İsrailin 14-cü kanalının İsrail xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən yaydığı məlumata görə, İranın ali dini lideri Müctəba Xamenei ölkəni tərk edib.

Məlumatda bildirilir ki, onun adından yayılan bəyanatlar həqiqi olmayıb. İddialara əsasən, həmin mətnlər İranın sabiq daxili işlər naziri Əhməd Vahidi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı tərəfindən hazırlanıb. Mənbələrin fikrincə, bu vəziyyət İran hakimiyyətinin yuxarı eşelonlarında ciddi parçalanmanın mövcudluğunu göstərir.

İsrail kəşfiyyatındakı mənbələr İran rəhbərliyindəki vəziyyəti qeyri-sabit kimi qiymətləndirərək, nüfuz uğrunda kəskin mübarizənin getdiyini və daxili gərginliyin ən yüksək həddə çatdığını iddia ediblər.

Bundan əlavə, məlumatda İranın ali dini lideri Əli Xameneinin öldürülməsinə cavab olaraq İsrail vətəndaşlarına qarşı qisas xarakterli əməliyyatlar planlaşdırdığı da iddia olunur.

Xəbərdə həmçinin qeyd edilir ki, ABŞ regionda genişmiqyaslı müharibənin qarşısını almağa çalışır. İsrail mənbələrinin iddiasına görə, Vaşinqton İsrailin İran ərazisində aktiv hərbi əməliyyatlar aparmasını, hətta Tehran tərəfindən birbaşa hücumlar olduğu halda belə, dəstəkləmək istəməyib.

Mənbələr bildiriblər ki, ABŞ İsraili yalnız məhdud və təmkinli cavab tədbirləri görməyə çağırıb. Vaşinqtonun əsas narahatlığının Yaxın Şərqdə genişmiqyaslı müharibənin başlanması ehtimalı olduğu vurğulanır.

Bu məlumatlar İsrailin 14-cü kanalı və İsrail xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən yayılıb. İddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »