Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniyada meşə yanğını 12 min hektardan çox ərazini külə döndərib
İspaniyada meşə yanğını 12 min hektardan çox ərazini külə döndərib

İspaniyanın paytaxt Madridin şimalında yerləşən Qvadalaxara əyalətində baş verən meşə yanğını 12 min hektardan çox ərazini əhatə edib.

Bizimyol.info xəbər verir ki, verilən məlumata görə, yanğın cümə axşamı Sierra Norte təbiət parkında başlayıb. Hazırda ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur. Mütəxəssislər dağlıq ərazi və alovun sürətlə yayılması səbəbindən yanğının söndürülməsini çətin hesab edirlər.

Yanğın səbəbindən yaxın yaşayış məntəqələrinin yüzlərlə sakini təxliyə edilib, alovun söndürülməsinə çoxsaylı yanğınsöndürmə briqadaları və aviasiya cəlb olunub.

Alov nadir qartallar, canavarlar və qorunan kəpənək növlərinin yaşadığı unikal ekosistem üçün də ciddi təhlükə yaradır.

Qeyd edək ki, bu, son günlər İspaniyada baş verən ikinci iri meşə yanğınıdır. Bundan əvvəl Saraqosa bölgəsində təxminən 16 min hektar ərazi yanmışdı. Ölkədə müşahidə olunan ekstremal istilər və quraqlıq meşə yanğınlarının yaranma və yayılma riskini artırır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »