İran ordusu İordaniyada yerləşən ABŞ hərbi obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini bəyan edib.
Bizimyol.info xəbər verir ki, İranın dövlət mediasının məlumatına görə, hücum ABŞ-ın daha əvvəl İslam Respublikasının ərazisinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.
İran Dövlət Televiziyası (IRIB) bildirib ki, ölkənin silahlı qüvvələri ABŞ hərbçilərinə məxsus obyektləri kamikadze tipli PUA-larla hədəfə alıb.
"İran İslam Respublikasının Ordusu bəyan edir ki, düşmənin təcavüzünə cavab olaraq İordaniyada yerləşən ABŞ hərbçilərinin rabitə sistemləri və yanacaq anbarları kamikadze tipli pilotsuz uçuş aparatları ilə vurulub", – deyə dövlət televiziyasının yaydığı məlumatda bildirilir.
Hələlik bu məlumat ABŞ və ya İordaniya rəsmiləri tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. Hadisə nəticəsində mümkün dağıntılar, xəsarət alanlar və dəymiş ziyanın miqyası barədə də məlumat verilməyib.
Bizimyol.info






