Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Ukraynadakı münaqişəni prezidentlik müddətinin sonunadək başa çatdıra biləcəyini deyib
Tramp Ukraynadakı münaqişəni prezidentlik müddətinin sonunadək başa çatdıra biləcəyini deyib

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin onun prezidentlik müddəti başa çatana qədər yekunlaşa biləcəyini düşünür.

Bizimyol.info xəbər verir ki, o, bu barədə iyulun 14-də “Fox News” telekanalına verdiyi müsahibədə danışıb.

Tramp 2029-cu ildə prezidentlik səlahiyyətlərinin müddəti başa çatana qədər Ukrayna böhranının həll olunacağına inanıb-inanmadığı ilə bağlı suala “Düşünürəm ki, bəli, buna vaxtımız yetəcək” cavabını verib.

ABŞ lideri əlavə edib: “Mən bunun daha əvvəl başa çatacağını düşünürdüm. Hesab edirdim ki, bu məsələni həll etmək daha asan olacaq, çünki hər iki liderlə yaxşı münasibətlərim var”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »