Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın İrana qarşı əməliyyatının dəyəri 100 milyard dollara çata bilər
ABŞ-ın İrana qarşı əməliyyatının dəyəri 100 milyard dollara çata bilər

ABŞ-ın İranda keçirəcəyi əməliyyatın xərcləri 80-100 milyard dollar arasında ola bilər. Bu isə Pentaqonun açıqladığı məbləğdən təxminən üç dəfə çoxdur.

Bizimyol.info xəbər verir ki, bu barədə NBC telekanalı ABŞ Müdafiə Nazirliyinin daxili qiymətləndirmələri ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə səlahiyyətlərini icra edən müavini Culs Herst iyulun 14-də Senatda keçirilən dinləmələr zamanı bildirib ki, ABŞ-ın İrandakı əməliyyatı ilə bağlı xərclər, Yaxın Şərqdə zərər görmüş hərbi bazaların təmiri nəzərə alınmadan, təxminən 30 milyard dollar təşkil edir. Bu məbləğə sursat ehtiyatlarının bərpası ilə bağlı xərclər də daxildir.

Lakin Herst qeyd edib ki, bu qiymətləndirmə bir neçə ay əvvəl hazırlanıb və hazırda onun daha yeni məlumatları yoxdur.

Pentaqonun daxili hesablamalarına əsasən isə hərbi bazaların təmiri, məhv edilmiş təyyarələrin əvəzlənməsi və sursat ehtiyatlarının yenidən yaradılması nəzərə alınarsa, döyüş əməliyyatlarının ümumi dəyəri 80-100 milyard dollara qədər yüksələ bilər.

Mənbələr hesab edirlər ki, ABŞ-ın Bəhreyndə yerləşən hərbi obyektlərinin təmiri təxminən 1 milyard dollara başa gələ bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »