Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya-Ukrayna müharibəsi bitsə də, Moskvanın təhlükəsi davam edəcək
Rusiya-Ukrayna müharibəsi bitsə də, Moskvanın təhlükəsi davam edəcək
Rusiya-Ukrayna müharibəsi nə vaxt və hansı şərtlərlə başa çatmasından asılı olmayaraq, Rusiya digər dövlətlər üçün təhlükə olaraq qalacaq.

Bizimyol.info xəbər verir ki, "The Independent" qəzetində dərc olunan məqalədə müharibədən sonrakı Rusiya ilə bağlı gözləntilərinin reallığı əks etdirmədiyini yazılıb.

Bildirilir ki, Qərbdə hələ də iqtisadi sanksiyalar və hərbi təzyiq nəticəsində Moskvanın siyasətini dəyişəcəyinə və ya mövcud siyasi sistemin dağılacağına inananlar var. Bu yanaşma Rusiyada uzun illərdir davam edən daxili prosesləri nəzərə almır.

Rusiyada əmək qabiliyyətli əhalinin sayı azalır, əmək məhsuldarlığının artımı zəifləyir, investisiyalar əsasən dövlət sektoruna yönəlir, enerji ixracından əldə olunan gəlirlərin büdcədəki payı isə tədricən azalır. Eyni zamanda, siyasi hakimiyyət daha da mərkəzləşib və iqtisadi imkanlar getdikcə Kremlə sədaqətdən asılı vəziyyətə düşüb.

Ukraynaya qarşı genişmiqyaslı müharibə bu problemləri daha da dərinləşdirib. Səfərbərlik və miqrasiya işçi qüvvəsi çatışmazlığını artırıb, hərbi xərclər mülki investisiyaları və sosial proqramları sıxışdırıb, işğal olunmuş ərazilərin saxlanılması isə Rusiyanın üzərinə əlavə maliyyə yükü qoyub.

Rusiya Qərbin təzyiqlərinə demokratik dövlətlərdən fərqli reaksiya verir. Kremlin idarəetmə modeli xarici təhlükə ideyasına söykəndiyi üçün sanksiyalar və beynəlxalq təzyiq hakimiyyət tərəfindən yanlış siyasətin nəticəsi kimi deyil, mövcud kursun düzgünlüyünün təsdiqi kimi təqdim olunur.

Yaxın illərdə Kremlin əsas diqqəti genişmiqyaslı hərbi əməliyyatlardan daha çox kibertəhdidlərə, diversiyalara, dezinformasiya kampaniyalarına, enerji rıçaqlarından istifadəyə və vasitəçilər üzərindən təsir imkanlarının genişləndirilməsinə yönələcək.

Qərb ölkələrinin hökumətləri və cəmiyyətləri Rusiyanın müharibədən əvvəlki vəziyyətə qayıdacağını gözləməli olacaq. Kritik infrastrukturun, demokratik institutların möhkəmləndirilməsi və Rusiyadan qaynaqlanan uzunmüddətli risklərin nəzərə alınması Qərb siyasətinin daimi hissəsinə çevrilməlidir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »