Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quterreş Fars körfəzində hərbi qarşıdurmanın yenidən başlamasından narahatdır
Quterreş Fars körfəzində hərbi qarşıdurmanın yenidən başlamasından narahatdır

BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanmasından dərin narahatlığını ifadə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik jurnalistlərə açıqlamasında bildirib.

Quterreş Fars körfəzində gərginliyin ciddi şəkildə artmasından və hərbi əməliyyatların bərpasından narahat olduğunu qeyd edib. O, narahatlıq doğuran hadisələr sırasında İranın Hörmüz boğazında gəmilərə hücumlarını, ABŞ-ın İrana qarşı zərbələrini və İranın qonşu ölkələrdəki hədəflərə yönəlmiş hücumlarını göstərib.

“Bu hücumlar dayandırılmalıdır”, – BMT baş katibinin bəyanatında vurğulanıb.

Quterreş bütün tərəfləri maksimum təmkin göstərməyə, vəziyyətin daha da gərginləşməsindən çəkinməyə və dərhal deeskalasiya istiqamətində addımlar atmağa çağırıb.

BMT rəhbəri bildirib ki, Yaxın Şərqdə genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması region xalqları, beynəlxalq sülh və təhlükəsizlik, eləcə də dünya iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Quterreş ABŞ və İranı təcili şəkildə danışıqlar masasına qayıtmağa və fikir ayrılıqlarını diplomatik yollarla həll etməyə çağırıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »