Hörmüz boğazı bütün gəmilərin keçidi üçün açıqdır və ABŞ hərbçiləri bu mühüm su yolunda gəmiçilik azadlığını təmin etməyə hazırdır.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
"Hörmüz boğazı bütün gəmilər üçün açıqdır. ABŞ Silahlı Qüvvələri öz mövqelərindədir və gəmiçilik azadlığını təmin etməyə çalığır", - deyə Komandanlığın X sosial şəbəkəsində paylaşdığı açıqlamada deyilir:
Bəyanatda həmçinin vurğulanıb ki, İran boğaza nəzarət etmir və son yeddi gün ərzində bu marşrutdan 140-dan çox gəmi keçib.
Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) icazəsiz marşrutla Hörmüz boğazını keçməyə cəhd göstərən gəmiyə xəbərdarlıq atəşi açdığını bildirmişdi. İİKK insidentlə əlaqədar Hörmüz boğazının növbəti bildirişədək bağlandığını açıqlamışdı.
Bizimyol.info






