İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hava-Kosmik Qüvvələrinə məxsus yeni hava hücumundan müdafiə sistemi bir qanadlı raketi məhv edib.
Bizimyol.info xəbər verir ki, Tasnim xəbər agentliyinin məlumatına görə, hadisə iyulun 12-si səhər saatlarında ABŞ ordusunun həyata keçirdiyi hücum zamanı baş verib.
Bildirilib ki, İranın inteqrasiya olunmuş hava hücumundan müdafiə şəbəkəsinin tərkibində fəaliyyət göstərən İİKK-un yeni və müasir hava müdafiə sistemi Luristan əyalətinin Xürrəmabad rayonunun Dere Nəsb kəndi yaxınlığında qanadlı raketi vuraraq zərərsizləşdirib.
Məlumatda raketin tipi və insidentin digər təfərrüatları açıqlanmayıb. İran rəsmiləri hava hücumundan müdafiə sisteminin uğurlu fəaliyyət göstərdiyini bildiriblər.
Bizimyol.info






