Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu: İsrail Trampa qarşı İranın sui-qəsd planının qarşısını almağa kömək edib
Netanyahu: İsrail Trampa qarşı İranın sui-qəsd planının qarşısını almağa kömək edib

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail və ABŞ xüsusi xidmət orqanları arasında əməkdaşlıqla bağlı diqqətçəkən açıqlama verib.

Bizimyol.info xəbər verir ki, "Fox News" telekanalının məlumatına görə, Netanyahu ABŞ-a İranın Donald Trampa qarşı hazırladığı iddia edilən sui-qəsd planı ilə bağlı kəşfiyyat məlumatlarının ötürüldüyünü təsdiqləyib.

Baş nazir bu barədə senator Lindsi Qremlə müsahibəsində danışıb. Onun sözlərinə görə, İsrail ABŞ ilə unikal kəşfiyyat məlumatlarını bölüşərək bir çox amerikalının həyatının qorunmasına kömək edib.

Netanyahunun açıqlaması ABŞ-nin İsraildəki səfiri Mayk Hakabinin bundan əvvəl eyni telekanala verdiyi müsahibədən sonra səslənib. Səfir İranın Trampa qarşı hazırlaşdığı iddia edilən sui-qəsd planı barədə məlumatların doğru olduğunu bildirib.

Hakabinin sözlərinə görə, İsrail kəşfiyyatının əməkdaşları Tehranın konkret planı barədə ABŞ rəsmilərini birbaşa məlumatlandırıblar.

O əlavə edib ki, İran hakimiyyətinin davranışı son 47 il ərzində dəyişməyib və Donald Trampın Tehran rəhbərliyini öz siyasətinə yenidən baxmağa məcbur edə biləcəyinə ümid etdiyini ifadə edib.

Müsahibə zamanı Netanyahu senator Lindsi Qremin ABŞ–İsrail münasibətlərinin möhkəmləndirilməsi istiqamətində uzun illər göstərdiyi fəaliyyəti də yüksək qiymətləndirib.

Baş nazir senatorun "ABŞ-nin müstəqilliyi və gücü üçün güclü İsrailə ehtiyac var" fikrini xatırladaraq, onunla birgə işləməyin çatışmayacağını bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »