Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Nazirlər Kabinetində kadr dəyişiklikləri edəcək
Zelenski Nazirlər Kabinetində kadr dəyişiklikləri edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Nazirlər Kabinetində genişmiqyaslı kadr dəyişikliklərinin planlaşdırıldığını açıqlayıb. O, hazırkı Baş nazir Yuliya Sviridenkoya yeni mühüm vəzifə təklif etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında paylaşım edib.

“Yuliyaya baş nazir vəzifəsində göstərdiyi dəqiq, sabit və səmərəli fəaliyyətə, həmçinin uzun illər ərzində Ukrayna komandasında əldə etdiyi uğurlu nəticələrə görə təşəkkür edirəm. Ona əsas tərəfdaşımızla münasibətlərdə yeni mühüm istiqamətə rəhbərlik etməyi təklif etmişəm. Ümid edirəm ki, parlamentlə birlikdə Ukrayna hökumətində müvafiq kadr dəyişikliklərini həyata keçirəcəyik. Hüquq-mühafizə orqanlarının rəhbər heyətində də dəyişikliklər olacaq”, – deyə Zelenski qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »