Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin sentyabra qədər Avropaya qarşı eskalasiyaya hazırlaşa bilər
Putin sentyabra qədər Avropaya qarşı eskalasiyaya hazırlaşa bilər

Rusiya prezidenti Vladimir Putinin qarşıdakı iki ayı Ukraynadakı müharibənin gedişini dəyişmək üçün son fürsət hesab etdiyi və bu səbəbdən Ukraynadan kənarda da hərbi fəallığı artırdığı bildirilir.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Independent" qəzeti yazıb.

Nəşrin yazdığına görə, Putinin Avropaya qarşı mümkün eskalasiyaya hazırlaşdığını göstərən üç əsas əlamət var. Bunlardan birincisi Kremlin sentyabra qədər "imkan pəncərəsi" gördüyünə inanmasıdır. Bu mövqeyə NATO daxilində fikir ayrılıqları, ABŞ Prezidenti Donald Trampın ziddiyyətli bəyanatları və Ukraynanın hava hücumundan müdafiə imkanlarının zəifləməsi təsir göstərir.

İkinci əlamət Rusiyanın Avropaya qarşı dezinformasiya kampaniyasını və hərbi fəallığını gücləndirməsidir. Məqalədə Moskvanın Baltik ölkələrinə qarşı ittihamları, həmçinin Rusiya hərbi təyyarəsinin Norveç dənizində NATO qüvvələrinə təhlükəli yaxınlaşması buna nümunə kimi göstərilir.

Üçüncü əlamət isə Rusiyanın öz daxilində iqtisadi və infrastruktur problemlərinin dərinləşməsidir. Müəllif hesab edir ki, yanacaq qıtlığı, rabitə problemləri və Krımdakı resurs çatışmazlığı Kreml üçün əlavə təzyiq yaradır.

Qəzet yazır ki, Putin yaxın aylarda istədiyi nəticəni əldə etməsə belə, bu, müharibənin başa çatacağı anlamına gəlmir. Əksinə, o, yeni səfərbərlik və daha sərt hərbi tədbirlərə əl ata bilər ki, bu da NATO ölkələrinin təhlükəsizlik tədbirlərini gücləndirməsini zəruri edəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »