Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda ABŞ-ın rabitə qülləsinə endirdiyi zərbə nəticəsində iki nəfər yaralanıb
İranda ABŞ-ın rabitə qülləsinə endirdiyi zərbə nəticəsində iki nəfər yaralanıb

ABŞ-ın İranın cənub-şərqində yerləşən Kirman əyalətindəki rabitə qülləsinə endirdiyi hava zərbəsi nəticəsində iki nəfər yaralanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Kirman əyaləti qubernatorunun müavini Rəhman Cəlali məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində əyalətin cənubundakı dağlıq ərazidə yerləşən telekommunikasiya qülləsi vurulub.

"Hadisə zamanı iki nəfər yaralanıb. Xilasetmə qrupları qısa müddətdə əraziyə çataraq yaralıları helikopterlə tibb müəssisələrinə təxliyə ediblər. Hazırda onlara zəruri tibbi yardım göstərilir", – deyə Cəlali bildirib.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı iyulun 12-nə keçən gecə İran ərazisində təxminən 140 hədəfə zərbə endirdiyini açıqlayıb. Bildirilib ki, hücum Tehranın Hörmüz boğazında kommersiya gəmisinə endirilən zərbəyə cavab olaraq həyata keçirilib.

İran isə cavab olaraq Yaxın Şərqdəki ABŞ obyektlərinə raket zərbələri endirib. Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətər İranın hava hücumlarının qarşısının alındığını bəyan ediblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »