İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf birtərəfli razılaşmalar dövrünün başa çatdığını bildirərək, tərəfləri üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırıb.
Bizimyol.info xəbər verir ki, Qalibaf "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, öhdəliklərə əməl edilməməsinin ağır nəticələri olacaq.
"Birtərəfli razılaşmalar dövrü başa çatıb. Sizə demişdik ki, verdiyiniz sözləri və öhdəliklərinizi yerinə yetirin, əks halda bunun cəzasını cəkməli olacaqsınız. İndi isə reallıqla üzləşməlisiniz", – deyə o bildirib.
Qalibaf paylaşımında, həmçinin Hörmüz boğazının "İranın müəyyən etdiyi qaydalar" çərçivəsində yenidən açılmasının vurğulandığı 14 maddədən ibarət anlaşma memorandumunun beşinci bəndindən bir hissəni də yayımlayıb.
İran parlamenti sədrinin açıqlamasında həmin memorandumun digər müddəaları və ya sənədin hansı tərəflər arasında imzalandığı barədə əlavə məlumat verilməyib.
Bizimyol.info






