Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fuad Mahmudov: “Gölün suyu təbliğ olunmalıdır ki, insanlar faydasını görsün”
Fuad Mahmudov: “Gölün suyu təbliğ olunmalıdır ki, insanlar faydasını görsün”

Paytaxtın Suraxanı rayonu, Hövsan-Zığ yolunun kənarında yerləşən “Duzlu göl” hər il yay aylarında insanların üz tutduğu məkanlardan birinə çevrilir.

Bizimyol.info xəbər verir ki, sakinlər gölün palçığının müxtəlif ağrılara yaxşı təsir etdiyini desələr də, həkimlər bu üsuldan istifadə etməzdən əvvəl diqqətli olmağı tövsiyə edirlər. Buna baxmayaraq, məkana gələnlərin sayı hər il artır.

Sakinlərdən biri gölün revmatizm, oynaq ağrıları və digər xəstəliklərə faydalı olduğunu bildirib. Başqa bir sakin isə illərdir buraya gəldiyini və palçıqdan istifadə etdikdən sonra ağrılarının azaldığını deyib.

Həkim İradə Hacıyeva isə Baku TV -yə bildirib ki, palçıq müalicəsinə başlamazdan əvvəl mütləq tibbi müayinə olunmaq lazımdır.

Onun sözlərinə görə, palçığın tərkibi analiz edilməyibsə və xəstəyə MRT nəticələrinə əsasən həkim tərəfindən belə bir müalicə tövsiyə olunmayıbsa, bu üsul bəzi hallarda xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər.

"İnsanlar müəyyən qədər yaxşılaşma hiss edə bilərlər. Amma onurğada yırtıq, protruziya, onkoloji xəstəlik varsa, həkim məsləhəti olmadan həmin palçıqdan istifadə etmək ciddi risk yarada bilər", - İradə Hacıyeva vurğulayıb.

  • Bu palçıqdan istifadə sağlamlıq üçün hansı risklər yarada bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan fitoterapevt Fuad Mahmudov bildirib ki, istənilən sahə haqqında danışmaq istəyirsənsə, əvvəlcə onu öyrənməlisən:

“Müxtəlif tibb strukturlarının ç bağlı hay-küy salması ytajiamamilə yersizdir.

Birincisi, hər hansı sahə haqqında fikir söyləmək üçün ən azı həmin sahə barədə müəyyən məlumatın olsun. Tutaq ki, balet haqqında danışmaq istəyirsənsə, əvvəlcə onun haqqında az da olsa öyrənəsən. Yoxsa ağızına gələni danışmaq düzgün deyil. Televiziyalarda da tez-tez görürük ki, ağsaqqal bir adam çıxıb elə bir mövzudan danışır ki, aydın olur, həmin sahə barədə məlumatı yoxdur. Amma bütün günü “bülbül kimi cəh-cəh vurur””.

Fuad Mahmudov deyib: “Adamlar var ki, 10 il, 20 ildir duzlu gölün xeyrini görür: “Məsələn, bu məsələdə tibb qurumları nə etsəydi, mən onları haqlı sayardım? Gölün suyundan nümunələr götürüb analiz aparsaydılar, geniş elmi tədqiqatlar həyata keçirsəydilər, onun faydasını da, zərərini də elmi əsaslarla ortaya qoysaydılar və desəydilər ki, bunlar təhlükəlidir, ehtiyatlı olmaq lazımdır. Onda bunu qəbul etmək olardı. Yoxsa sadəcə çıxıb “təhlükə yarada bilər” deməklə iş bitmir. Hansı təhlükəni yarada bilər? Axı insanlar o suyu içmirlər. Onsuz da onu heç kim içməz, çünki lillidir. Hətta bildiyimə görə, dib hissəsindən kanalizasiya iyi də gəlir. İnsan yalnız dəri ilə həmin suya təmas edir. Ən pis halda dəridə müəyyən qızartı və ya aşınma yarada bilər. Mən isə onun zərərindən çox faydasını görürəm. Adam var deyir ki, 10 il, 20 ildir gedirəm, faydasından başqa heç bir ziyanını görməmişəm. Ona görə bu adamlar düşünməlidir ki, ziyan deyəndə, hansı ziyandan danışır?”

Fuad Mahmudov vurğulayıb ki, həkimlərin hamısı dərman bitkilərini tanımır: “Mən 35 ildən artıqdır ki, dərman bitkiləri ilə məşğulam. Hər zaman da televiziya çıxışlarımda deyirəm ki, hər hansı dərman bitkisindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Axı həkimlərin hamısı dərman bitkiləri haqqında bilmir. Heç xəbərləri yoxdur, təsəvvürü yoxdur. İndi gölün suyunu pisləyən həkimin həmin su haqqında təsəvvürü varmı? Yoxdur”.

Fuad Mahmudov əlavə edib: “Sadəcə olaraq, bir növ özlərinə xal qazanırlar ki, mütləq gəlib bizimlə məsləhətləşsinlər. Nəyə əsasən? Hansı təhlilləri ortaya qoyublar ki, insanlar da gedib onlarla məsləhətləşsin?

Əksinə, gölün suyu təbliğ olunmalıdır ki, insanlar faydasını görsün. Onlar isə boş danışmaqlarında olsun”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »