Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda rusiyapərəst kimi tanınan Qaqik Tsarukyan həbs edilib
Ermənistanda rusiyapərəst kimi tanınan Qaqik Tsarukyan həbs edilib

Ermənistanın tanınmış iş adamı, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan iki ay müddətinə həbs edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistanda rusiyapərəst, "Putinin adamı" kimi tanınan Tsarukyana dələduzluq və pul vəsaitlərinin leqallaşdırılması (çirkli pulların yuyulması) maddələri üzrə ittiham irəli sürülüb.

İyulun 6-da Qaqik Tsarukyan saxlanılaraq İstintaq Komitəsinə aparılıb. Daha sonra o, komitədən məhkəməyə gətirilib və məhkəmənin qərarı ilə barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, cinayət işi çərçivəsində Milli Təhlükəsizlik Xidməti, Dövlət Gəlirləri Komitəsi və Daxili İşlər Nazirliyinin polisi ilə birgə 70-dən çox ünvanda eyni vaxtda axtarışlar keçirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »