Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rütte: NATO İranın son zərbələrini “tamamilə zəruri” hesab edir
Rütte: NATO İranın son zərbələrini “tamamilə zəruri” hesab edir

NATO hesab edir ki, ABŞ-ın İrana qarşı həyata keçirdiyi son zərbələr “tamamilə zəruri” olub.

Bizimyol.info xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte alyansın sammitində iştirak etmək üçün gəldiyi zaman jurnalistlərə açıqlamasında bildirib.

“Bunları tamamilə zəruri hesab edirəm. Gəmilərə hücum edildikdən sonra ABŞ-ın buna cavab verməsinin vacib olduğunu düşünürəm”, - deyə Rütte bildirib.

NATO baş katibi həmçinin Hörmüz boğazının açıq saxlanılmasının vacibliyini vurğulayıb.

Verilən məlumata görə, iyulun 8-də ABŞ İrana qarşı bir sıra yeni zərbələr endirdiyini açıqlayıb. Vaşinqton bu addımı İranın Hörmüz boğazından keçməyə çalışan və Tehran tərəfindən icazə verilməyən marşrutlardan istifadə edən tankerlərə hücumlarına cavab kimi təqdim edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »