Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ ordusu İrana qarşı yeni hava zərbələri dalğasını başa çatdırıb
ABŞ ordusu İrana qarşı yeni hava zərbələri dalğasını başa çatdırıb

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı yeni hücum əməliyyatının başa çatdığını açıqlayıb. Komandanlığın məlumatına görə, əməliyyat çərçivəsində 80-dən çox hədəfə yüksək dəqiqlikli sursatlarla zərbələr endirilib.

Bizimyol.info xəbər verir ki, Mərkəzi Komandanlığın yaydığı bəyanatda bildirilir ki, hücumlar İranın son dövrlərdə Hörmüz boğazından keçən kommersiya gəmilərinə qarşı həyata keçirdiyi iddia olunan hücumlara cavab məqsədi daşıyıb.

"ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana qarşı yeni hücum zərbələri mərhələsini başa çatdıraraq yüksək dəqiqlikli sursatlardan istifadə etməklə 80-dən çox hədəfi vurub", – deyə bəyanatda qeyd olunub.

Komandanlığın açıqlamasına əsasən, əməliyyat zamanı İranın İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus 60-dan çox sürətli kater də hədəfə alınıb.

Bundan əlavə, ABŞ qüvvələrinin İranın hava hücumundan müdafiə sistemlərinə, komanda məntəqələrinə, sahil radarlarına, gəmi əleyhinə raket komplekslərinə, eləcə də Hörmüz boğazında və ona bitişik ərazilərdə yerləşən hərbi obyektlərə zərbələr endirdiyi bildirilib.

Mərkəzi Komandanlıq bəyan edib ki, əməliyyatın məqsədi İranın beynəlxalq ticarət marşrutlarından biri hesab olunan Hörmüz boğazı vasitəsilə hərəkət edən kommersiya gəmilərinə qarşı hücum imkanlarını zəiflətmək olub.

İran tərəfi isə hələlik Mərkəzi Komandanlığın açıqlamasına rəsmi münasibət bildirməyib. Məlumat müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »