Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa Ukraynaya verilməsi planlaşdırılan "MiQ-29" qırıcılarını istismardan çıxarır
Polşa Ukraynaya verilməsi planlaşdırılan "MiQ-29" qırıcılarını istismardan çıxarır

Polşanın Müdafiə Nazirliyi Ukraynaya verilməsi nəzərdə tutulan "MiQ-29" qırıcılarını mərhələli şəkildə istismardan çıxarmağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı "Wirtualna Polska" portalı mənbələrə istinadən yayıb.

Bildirilir ki, Varşava ilə Kiyev arasında bağlanmış razılaşma Ukraynanın öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən pozulub. “Biz Ukraynaya pilotsuz uçuş aparatları texnologiyalarının ötürülməsi ilə bağlı aydın təklif təqdim etmişdik. Başlanğıcda bu sahədə razılaşma əldə olunmuşdu. Bu gün isə Ukrayna həmin sazişi icra etmir”, – deyə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış portalın sitat gətirdiyi açıqlamada bildirib.

Portal qırıcıların istismardan çıxarılmasının dəqiq tarixini açıqlamayıb.

17 iyunda Polşanın müdafiə nazirinin müavini Pavel Zalyevski bildirmişdi ki, ölkə modernizasiya etməyi planlaşdırmadığı "MiQ-29" qırıcılarını Ukraynaya vermək niyyətində deyil.

2025-ci ilin dekabrında isə Polşa Müdafiə Nazirliyi Ukraynaya 6–8 ədəd "MiQ-29" qırıcısının verilməsinin planlaşdırıldığını, həmin təyyarələrin ilin sonunadək istismardan çıxarılmalı olduğunu açıqlamışdı. Ümumilikdə Polşa Hərbi Hava Qüvvələrinin tərkibindən bu tip 14 təyyarənin çıxarılması nəzərdə tutulurdu.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »